15.11.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 153
Türkiyənin Anadolu Universitetində mübadilə proqramı

Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr dərəcəsində Menecment və Turizm işinin təşkili ixtisası üzrə təhsil alan II kurs tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində Türkiyənin Anadolu Universitetində təhsil almaq üçün təqaüd proqramına müraciət edə bilərlər.

Tələb olunan sənədlər :

- CV (İngilis dilində);

- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);

- Tövsiyə məktubu (İngilis dilində yazılmalı);

- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər).

Maliyyə imkanları:

- Aylıq 800 avro təqaüd;

- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.

Qeyd: Mübadilə proqramına 1 nəfər tələbə seçiləcəkdir.

Tələb olunan sənədlər international@atmu.edu.az  elektron poçt ünvanına göndərilməlidir.

Son müraciət tarixi: 22 noyabr 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.