17.11.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 118
"Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi" forumu

ATMU tələbələrinin nəzərinə!

Əgər sənin Sahibarlıq ilə bağlı ideyan və hətta təcrübən varsa,həmçinin sahibkarlıq ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə o zaman bu çağırış sənin üçündür.  ADA Universitetində keçiriləcək "Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi" forumunda iştirak üçün ərizələrin qəbulunu elan edirik. Uğurlu namizədlər forumda iştirak hüququ qazanacaq və beynəlxalq təcrübədən yararlanacaqlar.

Forum 1 dekabr, 2021-ci il tarixində ADA Universitetində keçiriləcəkdir. Tədbirin dili ingilis dilində olacaqdır.  

Tələb edilən sənədlər:

- Sosial biznes ilə bağlı ideyanız (qısa formada ideyanızın əhəmiyyəti haqqında məlumat);

- Motivasiya məktubu;

- CV.

Sənədləri 23 noyabr tarixinədək elektron formada international@atmu.edu.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Qeyd: İştirak üçün 5 nəfər seçiləcəkdir. İştirak edəcək şəxslərin hər iki Covid-19 vaksinini vurdurması və ya immun sertifikatına malik olması şərtdir.