SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
18.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 38
ATMU-da “Banklarda risklərin idarə edilməsi” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və AFB Bankın dəstəyi ilə “Banklarda risklərin idarə edilməsi” mövzusuna həsr olunan təlimlər başa çatıb. Adıkeçən fakültənin dekanı Vüqar Nəzərov və AFB Bankın İdarə Heyətinin sədr müavini Şadiyyə Amanova təlimə qatılan tələbələrə səmərəli fəaliyyətlərində uğurlar diləyiblər. AFB Bankın müvafiq sturukturunun meneceri Anar İsmayılov “Banklarda risklərin idarə edilməsi” mövzusundakı çıxışı zamanı risklərin növləri, mövcud risklərdən yayınma, müxtəlif metodlar sayəsində risklərin azaldılması yolları, risklərin ötürülməsi və qəbul edilməsi kimi məsələlərə aydınlıq gətirib. Fakültənin müxtəlif ixtisas tələbələrinə təlimdəki fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.