SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 576
ATMU-da qonaq spiker formatında tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm və qonaqpərvərlik fakultəsi tələbələrinin iştirakı ilə qonaq spiker - “Aviadesk” travel şirkətinin rəhbəri Hikmət Məmmədov və Menecment kafedrasının müəllimi Kamran Cəbrayılov tərəfindən “Turizm sektorunda layihə təkliflərinin əsas meyarları və turizm agentliklərinin fəaliyyəti” mövzusunda mühazirə saatı keçirilib. Qonaq spiker formatdakı tədbirdə turizm resursları və məhsullarının təyin edilməsi, dünyada turizm sektorunun avtomatlaşdırılması, sosial şəbəkələrdə Azərbaycan turizminin təbliğində fəal iştirakı və texniki vərdişlərin artırılması, turist axınının təşkili, turist məmnuniyyətinin təmini, turizm agentliklərinin fəaliyyətinə nəzarət edən yeni mexanizmlərin hazırlanması və s. barədə detallı məlumat verilib. Gənclərə booking.com, tripadvisor.ru kimi onlayn platformaların imkanlarından yararlanmaqla müstəqil biznesin qurulmasını şərtləndirən informasiya zərfini təqdim ediblər.

Görüşün sonunda tələbələrin “Aviadesk” şirkətində təcrübə proqramından istifadə imkanları üzrə ilkin razılıq əldə edilib.