SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 208
ATMU-nun dekanı Erasmus+ ECAR layihəsi çərçivəsində Fransada keçirilən təlimlərin iştirakçısı olub

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ ECAR layihəsi çərçivəsində “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi üzrə Fransada təşkil olunan təlimlər başa çatıb. Tədbirə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli,ölkə universitetlərinin rektor, prorektor və digərlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti qatılıb. Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçığı ilə həyata keçirilən tədbirdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının Ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilib. Səfərin sonunda Sarbon Universitetinə CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə ziyarət təşkil olunub.

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması”layihəsi çərçivəsində Fransada təşkil olunan təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov təmsil edib.