SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 679
ATMU-da Elmi şuranın iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 26 noyabr tarixdə Elmi Şuranın onlayn qaydada iclası keçirilib.

ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “Dillər” kafedrasının( kafedra müdiri Əzizə Məmmədova) 2020-2021-ci tədris ili ərzində gördüyü işlər barədə yekun hesabatın daxil edildiyini,cari məsələlərə isə Keyfiyyət təminatı şöbəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında, o cümlədən “Mehmanxana və restoran biznesi” kafedrasının “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə qiyabi doktorantı Nübar Həsənovanın “Ali təhsil müəssisələrində təhsilin distant formada planlaşdırılması və təşkili xüsusiyyətləri” adlı dissertasiya mövzusunun və elmi rəhbərin (p.e.d.,prof.R.L.Hüseynzadə), “Beynəlxalq münasibətlər” kafedrasının “Beynəlxalq hüquq: insan hüquqları” ixtisası üzrə qiyabi doktorantı Rəhim Məcnunovun “Müharibə cinayətləri və insan hüquqları: beynəlxalq hüquqi aspektlər” adlı dissertasiya mövzusunun və elmi məsləhətçisinin (h.e.d.,M.K.Abdullayev) təsdiqi üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi haqqında, ATMU-da müxtəlif kafedralar üzrə müəllimlərə-“İctimai fənlər” kafedrasının baş müəllim sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, “Turizm biznesi” kafedrasının baş müəllimi iqtisad üzrə fəlsəfə doktoru Maqsud Süleymanov, ”Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi sosiologüya üzrə fəlsəfə doktoru Aynur Bağırlıya dosent elmi adı verilməsi üçün vəsatətin qaldırılması haqqında,eyni zamanda çap işlərinin icrası üzrə məsələlərin daxil edildiyini bildirdi.Elmi şura iclasının gündəliyinə daxil edilən məsələlər rəy və təkliflər nəzərə alınmaqla səs çoxluğu ilə qəbul edildi.