02.12.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 734
Türkiyənin Eskişehir Osmanqazi Universitetində mübadilə proqramı

Azərbaycan Turizm və Menecment Universitetinin II kurs bakalavr dərəcəsində Turizm işinin təşkili və I kurs magistr dərəcəsində Turizm işi ixtisasları üzrə təhsil alan tələbələr 2021/2022-ci tədris ilinin yaz semestri üçün Türkiyənin Eskişehir Osmanqazi Universitetində mübadilə proqramına müraciət edə bilərlər.

İndiki mərhələdə tələb edilən sənədlər:

- CV (İngilis dilində);

- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər);

- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);

- Tövsiyə məktubu (İngilis dilində yazılmalıdır).

  Maliyyə şərtləri:

- Tələbə yaşayış xərclərini (yaşama, səyahət, qidalanma, sığorta, viza) özü qarşılamalıdır.

- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.

Uğurlu namizədlər müsahibəyə dəvət ediləcək.

Qeyd: Dərs əvəzlənməsi ediləcəkdir.

Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az  elektron poçt ünvanına göndərilməlidir.

Son müraciət tarixi: 13 dekabr 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.