07.12.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 190
Beynəlxalq intellektual müsabiqə

Hörmətli tələbələr,

Moskva Avtomobil-Yol Dövlət Texniki Universiteti tərəfindən (MADİ) “Bütün yollar MADİ-yə aparır” adlı beynəlxalq intellektual müsabiqə keçiriləcəkdir. Müsabiqənin qaliblərinin adıçəkilən universitetdə Rusiya Federasiyasının dövlət büdcəsi hesabına bakalavriat, magistratura və doktorantura dərəcələrində təhsil alma hüququ qazanaraq tam təqaüdlə təmin olunacaqları qeyd edilmişdir.

Müsabiqədə təhsilalanlar, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və məzunları iştirak edə bilərlər.

Müsabiqənin qeydiyyatı www.grant.madi.ru internet səhifəsi üzərindən keçiriləcəkdir. Müsabiqə üçün 29 yanvar 2022-ci il tarixində distant formada sınaqların keçiriləcəyi nəzərdə tutulur.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz. Müsabiqənin dili rus dili olacaq. Seçildikdən sonra əgər namizədin kifayət qədər rus dili biliyi yoxdusa, namizədə əlavə bir il müddətinə təqaüd daxilində rus dili kursu təklif edilir.