SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 653
Beynəlxalq seminar: “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi”adlanır

Bir neçə gündür ki, Çin Qida Fermentasiya Sənayesi elmi-tədqiqat akademiyasının təşkilatçılığı ilə onlayn formatda “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi” nə dair beynəlxalq seminar keçirilir. Beynəlxalq tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri p.e.n., dos. N.Quliyev, kafedranın dosentləri G.Məmmədli, Ç.Əliyev, baş müəllimlər H.Məmmədova, F.Raşova, müəllim S.Qasımova iştirak edirlər. Adıkeçən tədbir zamanı ATMU-nun kafedra müdiri dos. Novruz Quliyev Azərbaycanın ərazisi, coğrafiyası, flora və faunası, ölkəmizdə yetişdirilən üzüm sortları,həmçinin şərabçılıq üzrə ixtisaslaşan müəssisələrin fəaliyyəti barədə danışıb. Eyni zamanda ATMU-nun məqsəd və vəzifələrinə aydınlıq gətirib. “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi”nə dair keçirilən beynəlxalq seminara ölkəmizin müxtəlif sənaye müəssisələrinin, elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin nümayəndələri də qatılıblar. Onlayn tədbir dekabrın 20-dək davam edəcək.