SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.12.2021
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 206
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Karyera həftəsi"ndə

Karyera həftəsinin növbəti günündə 09.12.2021 tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Təlim və təhlil sektorunun müdiri Elçin Cəfərov və həmin Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İnsan resurslarının idarə edilməsi və təlim departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova universitetin tələbə və məzunları ilə görüşdülər.

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın açılışını həyata keçirdiyi təlimin ilk hissəsində Elçin Cəfərov “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda çıxış edərək hal-hazırda dövlət qulluğuna hazırlaşan və gələcəkdə iş həyatını bu istiqamətdə qurmaq istəyən tələbə və məzunlara öz dəyərli məsləhətlərini verdi. Mövzunu detallı şəkildə izah edən Elçin bəy tələbələri ən çox maraqlandıran çoxsaylı sualları cavablandırdı.

Təlimin davamında Solmaz Həsənova “Könüllü DOST proqramı” mövzusunda çıxış edərək ilə geniş auditoriyanın diqqətini cəlb etdi. Proqramda iştirak etməyin tələbələrin gələcək iş həyatında müsbət təsirlərindən bəhs edən, tələbə yaşlarından hal-hazırkı dövrə qədər iş həyatında keçdiyi inkişaf dövrləri və artımları nümunə olaraq onlarla bölüşən Solmaz xanım təlimin gedişatında və sonunda tələbələrin bu mövzuyla bağlı suallarını cavablandırdı.

Aktiv sual-cavab şəklində baş tutan təlimin sonunda müəssisə tərəfindən tələbələrə hədiyyələr, həmçinin ƏƏSMN haqqında məlumatı əks etdirən bukletlər paylandı.