SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.12.2021
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 201
ABB "Karyera həftəsi"ndə

ATMU-da təşkil edilmiş “Karyera həftəsi” çərçivəsində 09 dekabr 2021-ci il tarixində ABB-nin sturuktur rəhbərləri- Bazar əməliyyatları şöbəsinin müdiri Hüseyn Sadıxov və İşəqəbul və planlaşdırma şöbəsinin müdiri Orxan Əliyev tələbələrə bank tərəfindən yaradılmış imkanlar barədə məlumat verdilər.

İlk olaraq Orxan Əliyev ABB-dəki təcrübə proqramları, iş imkanları, ABB-də çalışmağın üstünlükləri, həmçinin ABB Tech Academy haqqında geniş məlumat verdi.

Hüseyn Sadıxov öz çıxışında Bankın likvid vəsaitlərinin idarə olunması, korporativ müştərilərə yeni məhsulların təqdim olunması, valyuta mövqeyinin idarə olunması, proseslərin vacib məqamları və s. barədə detallı izah verərək dəyərli məsləhət və təcrübədən keçirmiş biliklərini tələbələrlə bölüşdü.

Görüşün sonunda tələbələrin CV yazılması, uğurlu karyera qurmaq üçün tələb olunan səriştələrlə bağlı sualları çıxışçılar tərəfindən cavablandırıldı.