13.12.2021
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 112
“Turizm Könüllüləri" Təşkilatının məlumat sessiyası

Dəyərli tələbələr,

Sizi "Turizm Könüllüləri" Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək və üzv olmaq üçün 15 dekabr saat 12:00-da ATMU əsas tədris binası Kitabxanada (406-cı otaq) baş tutacaq görüşdə iştiraka dəvət edirik.

Dövlət Turizm Agentliyinin ölkəmizdə fəaliyyətinə dəstək, Bakıda və regionlarda turizm sahəsi üzrə təhsil alan, bu sahədə çalışmağa maraqlı olan gəncləri vahid platforma ətrafında toplamaq məqsədi ilə "Turizm Könüllüləri" Təşkilatı yeni üzvlərin qəbul prosesinə başlayıb.

“Turizm Könüllüləri” Təşkilatına üzv olaraq qurum tərəfindən həyata keçirilən müxtəlif tədbir və layihələrdə iştirak etmək, turizm sahəsində iş və təcrübə imkanlarından yararlanmaq hüququ əldə edirsiniz.

“Turizm Könüllüləri" Təşkilatı ona üzv olan gənclərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı və könüllülərin milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə təcrübə qazanmaqlarına şərait yaratmaq, ölkədə turizm sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi üzrə layihə və proqramların həyata keçirilməsi, könüllülərin ölkəmizdə yerləşən qoruqlarla, tarixi və mədəni-irsi abidələrlə tanışlığını, regionlarda könüllülərin vasitəsi ilə turizm anlayışının aşılanmasını təmin edən gənclər platformasıdır.

Təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək və üzv olmaq üçün 15 dekabr saat 12:00-da ATMU əsas tədris binası Kitabxana (406-cı otaq) baş tutacaq görüşdə iştirak edə bilərsiniz.

Təşkilata qoşulun və uğurlu karyeranızın təməlini qoyun!

Qeyd: Tədbirdə iştirak zamanı qaiblər nəzərə alınmır.