SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 424
ATMU-da “Sağlam ailə, sağlam cəmiyyət” adlı maarifləndirici tədbir

Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı və Azərbaycan Turizm və Menecment Universitetinin”Biznes idarəçiliyi fakültəsi”nin dəstəyi ilə ali təhsil müəssisəsində “Sağlam ailə, sağlam cəmiyyət” adlı maarifləndirici tədbir keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim- metodisti,təlimçi Afət Məmmədovanın “Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq, problemlər və həlli yolları, sağlamlıq üçün mümkün olan risk faktorları”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması”, “Azərbaycanda erkən nigah problemi və onun törətdiyi fəsadlar”, “Erkən nigahların tibbi aspektləri” və sair istiqamətli çıxışı iştirakçı- tələbələr tərəfindən maraqla dinlənilib. Gündəmdəki mövzulara dair fikir mübadiləsi faydalı olub.

Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şöbə müdiri Kəmalə Muradlı da iştirak edib.