
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbə və müəllimləri tədbirlər planına əsasən YARAT Müasir İncəsənət Mərkəzinin “YARAT”, “ARTIM” və “Rəngkarlıq” muzeylərinə səfər ediblər.
YARAT Müasir İncəsənət Məkanlarında təşkil olunan ekskursiyalara ATMU-nun “Sosial menecment” fakültəsinin “Muzeyşünaslıq”, “Biznes idarəçiliyi” fakültəsinin “Biznesin idarə edilməsi” və “Maliyyə” ,”Turizm və qonaqpərvərlik” fakültəsinin “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan tələbələri və universitetin müəllim heyəti qatılıblar.
Bu bir faktdır ki, adıkeçən tədbirdə kollektiv iştirak yaşından asılı olmayaraq hər bir fərdin mədəniyyət və incəsənət sahəsində dünyagörüşünün formalaşmasına xidmət edir.