SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 294
ATMU-da Elmi Şuranın iclası olub

Dekabrın 29-da AzərbaycanTurizm və Menecment Universitetinin Elmi Şurasının iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “ATMU-da 2021-2022-ci tədris ilinin Qış imtahan sessiyasına hazırlığın vəziyyəti”(Tədris işləri üzrə prorektor Zaur Bağırov),” Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti” (Elm və innovasiya şöbəsinin müdiri Nəsrulla Nəsirli), “2021-ci ildə maliyyə, təsərrüfat fəaliyyətinin nəticələri, 2022-ci ildə bu istiqamətdə qarşıda duran vəzifələr), “Tədris-metodiki şöbənin Əsasnaməsi”nin təsdiqi, “Istehsalat təcrübəsi haqqında Əsasnamə”nin təsdiqi haqqında məsələlərin daxil edildiyini diqqətə çatdırdı.Onu da bildirdi ki, Ülkər Sadiqovanın “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsinə təyin edilməsi və ATMU-nun “Beynəlxalq münasibətlər” kafedrasının Beynəlxalq münasibətlər İxtisası üzrə qiyabi doktorant Elşən Məcidovun "Ermənistan və Azərbaycan arasında uzunmüddətli və davamlı sülhün əldə edilmə perspektivləri" adlı dissertasiya mövzusunun və elmi rəhbərin təsdiq edilməsi isə cari məsələ kimi gündəliyə daxildir.Geniş fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda gündəlikdəki əsas və cari məsələlər elmi şura üzvlərinin rəy və təkilifləri nəzərə alınmaqla yekdilliklə qəbul olundu.