SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
17.01.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 314
ATMU professorunun elmi məqaləsi Ukraynanın elmi jurnalında nəşr olundu

Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kаfеdrаsının professoru, t.ü.e.d. Məhərrəm Zülfüqarlı nın Bakının yəhudi abidələrinə həsr etdiyi “Jewish Monuments in Baku, the Capital of Azerbaijan: History and Modern Times” adlı məqaləsi Ukraynanın “Qrani” elmi-nəzəri almanaxının 2021-ci il 24 cildinin 9-cu sayında nəşr olunub. Məqalədə Azərbaycan Respublikasının paytaxtında olan yəhudi tarixi abidələri haqqında ətraflı elmi məlumatlar və abidələrin şəkilləri öz əksini tapıb.O cümlədən Bakı şəhərindəki qədim yəhudi abidələrlə yanaşı, müsir dövrə aid abidələr, Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunivun büstü və heykəli haqqında da geniş məlumat verilib.

Məlumat üçün qeyd edək ki, “Qrani” elmi-nəzəri almanaxı Ukrayna Respublikası Prezidenti yanında Ukrayna Elmlər Akademiyasının Dneprepetrovck Reqional İnstitunun, Olesya Qonçar adına Dneprepetrovck Dövlət Universitetinin və Sosial-Siyasi Nailiyyətlər Mərkəzinin orqanıdır. Elmi-nəzəri almanax Ukrayna Ali Attestasiya Komissiyasının elmi məqalələr üçün tövsiyə etdiyi jurnalların siyahısına daxil olan beynəlxalq reytinqli elmi jurnaldır.