27.01.2022
-
Bölmə: Elanlar
Baxış sayı: 973
“Xəzəryani ölkələrdə multikultural dəyərlər və turizmin inkişafi problemləri”

                                              Azərbaycan Turizm və Menecment Universiteti

  Xəzəryanı Ölkələrin Dövlət Universitetləri və Elmi-tədqiqat Mərkəzlərinin  Assosiasiyası

                                                               Elm və innovasiya şöbəsi

                                                Mehmanxana və restoran biznesi kafedrası

 

Hörmətli həmkarlar!

Azərbaycan Turizm və Menecment Universiteti 27 may 2022-ci il tarixində “XƏZƏRYANI ÖLKƏLƏRDƏ MULTİKULTURAL DƏYƏRLƏR VƏ TURİZMİN İNKİŞAFI PROBLEMLƏRİ” mövzusunda  Beynəlxalq konfrans keçirir.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə turizm sahəsi və qida təhlükəsizliyinin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yolları, o cümlədən multikultural dəyərlərin regionların inkişafına təsiri ilə bağlı məsələlərin, yeniliklərin daxil edilməsi istiqamətində perspektiv imkanların  müzakirə edilməsidir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Xəzəryanı ölkələrdə turizm və qonaqpərvərlik sənayesi üçün kadr hazırlığı.
  2. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm infrastrukturunun inkişaf istiqamətləri.
  3. Azərbaycan turizm destinasiyası kimi.
  4. Multikultural dəyərlər və dayanıqlı inkişaf.
  5. Qida sənayesi və qida təhlükəsizliyi.
  6. Qida məhsullarının istehsalı və saxlanılması. Qidalanma xidməti.

Konfransda iştirak etmək üçün 20 aprel 2022-ci il tarixinədək Qeydiyyat formasını dolduraraq və məqalənin qısa məzmununu (xülasə) elektron poçt (conference2022@atmu.edu.az ) vasitəsilə  təşkilat komitəsinə göndərməyinizi xahiş edirik. Konfransın onlayn formada keçirilməsi nəzərdə tutulur.

Qeydiyyat forması:

  • Adı,soyadı,ata adı;
  • Elmi dərəcəsi;
  • İş yeri, vəzifəsi;
  • Poçt ünvanı (iş və ev);
  • Telefon, faks ( şəhər kodu göstərilməklə);
  • Elektron ünvan;
  • Məruzənin mövzusu;
  • İstiqaməti;
  • Texniki vasitələrdən istifadənin vacibliyi.

Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.

Konfransın işçi dili: azərbaycan, rus və ingilis dilləridir.

Məqalənin tam mətni elektron şəkildə 29.04.2022-ci il tarixinədək  conference2022@atmu.edu.az  elektron ünvanına göndərilməlidir.

Məqalələrin tərtib olunma qaydaları:

Hər bir müəllif konfransa yalnız bir məruzə təqdim edə bilər.

Məruzələr Microsoft Word 2007 və ya daha son versiyada hazırlanmalıdır.

Məruzələrin maksimum həcmi – 10 səhifə (formula, cədvəl, şəkil, iqtibas, xülasə və açar sözlər daxil olmaqla), sətirlərarası məsafə 1,5 olmalıdır.

Səhifə aşağı ölçülərdə qurulmalıdır: yuxarıdan – 26 mm, aşağıdan – 20 mm, soldan – 20 mm, sağdan – 20 mm, kağız ölçüsü – A4.

Məruzənin başlığı Times New Roman 14, qalın (Bold) şriftlə böyük hərflərlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Sonrakı sətir boş saxlanmalıdır.

Akademik vəzifə, elmi dərəcə, müəllifin adı və soyadı Times New Roman 13, qalın (Bold) və maili (İtalic) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir.

Universitet, təşkilat, idarə Times New Roman 13, qalın (Bold) və maili (İtalic) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Sonrakı sətir boş saxlanmalıdır.

İngilis dilində 10 sətrə qədər annotasiya Times New Roman 12, abzasda 12 mm boşluq buraxılmaqla, maili (İtalic) şriftlə yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır.

İngilis dilində 5 açar söz Times New Roman 12, abzasda 12 mm boşluq buraxılmaqla, maili (İtalic) şriftlə yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır. Sonrakı sətir boş saxlanmalıdır.

Əsas mətn Times New Roman 12 şriftlə, abzasda 12 mm boşluq buraxılmaqla yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır.

Başlıqaltı Times New Roman 12, qalın (Bold) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Əvvəlki və sonrakı sətirlər boş saxlanmalıdır.

Düsturların rəqəmlə nömrələnməsi mötərizədə (1), (2)... göstərməlidir və səhifənin sağ tərəfində yerləşdirilməlidir.

Cədvəllərin rəqəmlə nömrələnməsi səhifənin sağ tərəfində yerləşdirilməlidir. Cədvəlin başlığı mərkəzdə yerləşdirilməlidir. Əvvəlki və sonrakı sətirlər boş saxlanmalıdır.

Əsərdən gətirilən sitat mətnin içərisində yerləşdirilməlidir və onun səhifəsi göstərilməlidir [5, s. 23].

Ədəbiyyat siyahısındakı ədəbiyyatın sıra sayı rəqəmlərlə göstərilməlidir, Times New Roman, 12 şriftlə yığılmalıdır.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında (http://www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official/?fref=ts)  yerləşdirilmişdir.

Sonrakı fəaliyyətlər və təşkilati tədbirlər haqqında əlavə məlumat veriləcək.

Əlaqə telefonu: (+994 12) 5644233 (137)

Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23

Email: conference2022@atmu.edu.az  

Təşkilat Komitəsi