SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.01.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 740
ATMU-nun Turizm biznesi kafedrasının təşkilatçılığı ilə “Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasının təşkilatçılığı ilə adıkeçən strukturun magistrantları üçün “Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusuna həsr olunan təlim başa çatıb. Universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı dosent Bahadur Bilalov onlayn formatdakı təlimin əhəmiyyətini qeyd etməklə bərabər, kafedranın magistr hazırlığı sahəsindəki fəaliyyətini müsbət dəyərləndirib. 2021/2022-ci tədris ilinin yaz semestrində elmi-tədqiqat, o cümlədən elmi-pedaqoji təcrübələrin keçirilməsi,dissertasiya işlərinin hazırlanması prosesində elmi təcrübələrin əhəmiyyətindən bəhs edib.

Onlayn təlimin proqramı və təlimçilərə dair məlumatları tədbir iştirakçılarının diqqətinə çatdıran “Turizm biznesi” kafedrasının müdiri dosent Hafiz Hüseynov magistrların hazırlığı ilə bağlı məsələlərə məsuliyyətlə yanaşıldığını, eyni zamanda kadr potensialının gücləndirilməsi, tələbələrin elmi biliklərinin və peşə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə vaxtaşırı görüşlərin təşkil edildiyini deyib.

“Magistrlik dissertasiyasının tərtibinin ümumi müddəaları və dissertasiyaların hazırlanmasının strukturu” mövzusunda çıxış edən ATMU-nun Tədris-metodiki şöbənin müdiri, həmçinin Turizm biznesi kafedrasının müəllimi Həcər Eldarova təlim iştirakçılarını ilk öncə Azərbaycan Respublikasının Qanunvericilik Sənədlərində magistratura təhsilinin məzmunu, təşkili, magistrlik dissertasiyalarının hazırlanması haqqında müddəalarla tanış edib. Magistrlik dissertasiyasının struktur bölmələri və tərtibi qaydalarını həm nəzəri, həm də praktik şəkildə isbatlayan H.Eldarova dissertasiya işlərinin hazırlanması prosesində mühüm amil sayılan elmi və texniki məqamlara aydınlıq gətirib.

“Elm və innovasiya şöbəsinin mütəxəssisi Hacı Qasımlı “Antiplagiat sistemi üzrə qaydalar” adlı çıxışında Antiplagiat proqramı və ondan istifadə qaydalarından danışıb.

Onlayn tədbirin sonunda magistrların çoxsaylı sualları təlimçilər tərəfindən cavablandırılıb.