31.01.2022
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 992
Türkiyənin Anadolu Universitetində mübadilə proqramı

ATMU əməkdaşlarının nəzərinə!

Erasmus+ proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində olacaq Tədris Heyət Hərəkətlilik Çağırışına (Call for Academic Staff Mobility) ATMU heyətinin qeyd olunan müvafiq fakültələrinin əməkdaşları tədris etmək üçün müraciət edə bilər.

-   Biznes İdarəçiliyi

-   Turizm və Qonaqpərvərlik

İndiki mərhələdə tələb edilən sənədlər:

- CV (İngilis dilində);

- Səfər məqsədinin planı;

- İngilis dili sertifikatı.

Proqramın müddəti 1 həftədir və 2 nəfər namizəd seçiləcək. Hərəkətlilik zamanı ümumi məqsədlər əsasən mühazirə etmək, pedoqoji və kurikulumun dizaynı bacarıqlarının inkişaf etdirilməsi və müasirləşmə və beynəlmiləlləşmə strategiyalarının tətbiqi olacaqdır.

Tələb olunan sənədlər international@atmu.edu.az  e-mail ünvanına göndərilməlidir.

Son müraciət tarixi: 6 fevral, 2022-ci il (Beynəlxalq əlaqələr şöbəsi)

Əməkdaşların hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.