SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.02.2022
Səidə Məmmədova
Bölmə: Xəbərlər
Baxış sayı: 298
ATMU-nun tələbəsi "İlin Tgt Nümayəndəsi" adına layiq görülüb

31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilatçılığı ilə Hilton oteldə 2 fevral Gənclər gününə həsr olunmuş "Tələbə Gənclər Təşkilatlarının I strateji planlaşdırma formu" keçirilmişdir. Form çərçivəsində 2021-ci il ərzində Təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyətinə görə ATMU tələbəsi Feyzi Mehtiyev "İlin Tgt Nümayəndəsi" adına layiq görülmüşdür.

Tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!