SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.02.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 519
TKTA İLƏ AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarına Daxili Keyfiyyət Təminatına dair təlimin həyata keçirilməsi nəzərdə tutulur.

Təlimlərin əsas məqsədi Azərbaycan Turizm və Menecment Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumatlandırmaq və daxili keyfiyyət təminatına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.