
Fevralın 15-də Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının iclası olub. ATMU-da Elmi şuranın sədri rektor İlham Mədətov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.Universitetin Tədris-metodiki şöbənin müdiri Həcər Eldarova“ Qış imtahan sesiyasının yekunları və qarşıda duran vəzifələr” haqqında çıxış edib.
“Elm və innovasiya” şöbəsinin müdiri Nəsrulla Nəsirlinin “Professor-müəllim heyətinə ixtisas tələblərinin modernləşdirilməsi haqqında metodiki təkliflər”i ehtiva edən məruzəsi isə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
”Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Orxan Musa Universitetin inkişaf strategiyasında yer alan beynəlxalq əlaqələrin son illərdəki fəaliyyət istiqamətini, əhatə coğrafiyasını şərh edib.
Elmi şura üzvü Fərid Cabbarov Universitetdə yeni yaradılan “Təhsildə Qiymətləndirmə şöbəsi Əsasnaməsi”nin yekun –son variantının iştirakçılar tərəfindən qiymətləndirilməsinin əhəmiyyətli olduğunu deyib. Adıkeçən sənədin rəy və təkliflər nəzərə alınmaqla qəbulunun şöbənin fəaliyyətində əks olunacağına əminliyini bildirib.
“Keyfiyyət təminatı”şöbəsinin müdiri Faina Qaçabəyova ATMU-da Akkreditasiya prosesinə hazırlığın vəziyyəti haqqında məlumat verib.
“İctimai fənlər” kafedrasının dosenti Məhərrəm Paşa oğlu Zülfüqarlıya professor elmi adı verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə cari məsələnin səsverməyə çıxarılması təklif edilib.
Elmi şuranın gündəliyindəki məsələlər rəy və təkliflər nəzərə alınmaqla yekdilliklə qəbul olunub.