18.02.2022
Turizm Biznesi kafedrası
Bölmə: Elanlar
Baxış sayı: 576
“Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda elmi-praktiki konfrans

Hörmətli bakalavr və magistr tələbələri!

Azərbaycan Turizm və Menecment Universiteti 7 may 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gənc tədqiqatçılar üçün “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda VIII Respublika elmi-praktiki konfrans keçirəcək. Konfransın keçirilməsində əsas məqsəd tələbələri elmi-tədqiqat işinə cəlb etmək və bu sahəyə maraq yaratmaqdır.

Konfransın aşağıdakı bölmələrdə keçirilməsi nəzərdə tutulur:

1. Azərbaycanın işğaldan azad olunan ərazilərinin turizm potensialı

2. Azərbaycanın turizm destinasiyaları

3. Turizmin iqtisadiyyatı və idarəedilməsi

4. Turizmdə marketinq

5. Turizmdə dillərin rolu

6. Azərbaycanda mehmanxana və qida sənayesi: bu günü və gələcək inkişafı

7. Turizmdə nəqliyyat xidmətləri

Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis dili

Konfransda iştirak etmək üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş müraciət formasının 15 mart 2022-ci il tarixinədək təşkilat komitəsinə göndərilməsi mütləqdir:

§ Adı, soyadı, ata adı;

§ Bakalavr / magistr;

§ Universitet;

§ Telefon (şəhər kodu göstərilməklə);

§ Elektron ünvan (e-mail);

§ Elmi rəhbərin adı və soyadı;

§ Məruzənin mövzusu;

§ Konfransın bölməsi.

Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.

Məqalə elektron şəkildə 31 mart 2022-ci il tarixinədək konfrans-2022@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

Məqalələrin tərtib olunma qaydaları:

Məqalələr Microsoft Word 2003 və ya daha son versiyada hazırlanmalıdır. Məqalələr Times New Roman şriftlə, 12 ölçüdə, 1,5 intervalda yazılmalı, soldan, yuxarıdan və aşağıdan 2,5 sm, sağdan 1,5 sm yer buraxılmalıdır (A4 format). Məqalələr 5 səhifədən artıq olmamalıdır. İstifadə edilən ədəbiyyatların siyahısı mənbənin adı, çap olunduğu məcmuə və nəşr ili göstərilməlidir. Əsərdən gətirilən sitat mətndə yerləşdirilib səhifə göstərilməklə kvadrat mötərizə içərisində [5, s. 23] şəklində verilməlidir. Təqdim olunan məqalənin sonunda müəlliflə əlaqə (telefon və ya elektron ünvan) və elmi rəhbərin adı və soyadı qeyd olunmalıdır. Həmçinin elmi rəhbərin rəyi əlavə edilməlidir.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında (http://www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official) yerləşdirilmişdir.

Təşkilat komitəsi: “Turizm biznesi” kafedrası (otaq 508)

Məsul şəxs: Aynur Hüseynzadə

Əlaqə telefonu: (012) 5644233 (134)

Ünvan: Bakı, Koroğlu Rəhimov küç., 822/23 E-mail: konfrans-2022@atmu.edu.az

Təşkilat komitəsi