SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
22.02.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 325
“Ana dilimiz - mənəvi sərvətimiz”

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Dillər” kafedrasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” mövzusunda tədbir olub.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun Baş Konfransı tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edilib. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir.

ATMU-nun “Dillər” kafedrasının müdiri, dosent Əzizə Məmmədova “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu”, adıkeçən kafedranın dosenti Ağaverdi Xəlilov “Azərbaycan dili və azərbaycançılıq məfkurəsi”,f.ü.f.d. Aysel Quliyeva “Ana dilim-sözün möcüzəsi”, müəllim Mehriban Allahquluyeva “Ədəbi dilin inkişaf mərhələləri” mövzusuna həsr etdikləri çıxışlarında dilimizin inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar. Tədbir çərçivəsində tələbələr tərəfindən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk,Tofiq Bayram, Nəbi Xəzri və Sabir Rüstəmxanlının ana dilimizə böyük məhəbbət və sayğı ilə həsr etdikləri şeirlər səsləndirilib.