Universitetin Turizm və qonaqpərvərlik fakültəsində "Turizm biznesində uğurlu adamların yolu" adlı tədbir keçirildi. Birinci kursların qatıldığı tədbirdə ATMU məzunu, Sayahat Sağlamlıq və Turizm Şirkətinin Baş Direktoru Tərlan Quliyev tələbələrə turizm sektorunda işləmək və rəqabət mühitində öz yerini almaq üçün lazım olan bilik və bacarıqlardan, həmçinin təhsil müddətində tələbələrin ictimai işlərdə fəallığının onların inkişafına verəcəyi töhfələrdən danışdı. Öz keçdiyi uğur yolunda qarşısına çıxan problemlər və onların həll edilməsi yollarından bəhs edən Tərlan Quliyev turizm sektorunda dil biliklərinin vacibliyi, tədris müddətində keçilən biliklərin mənimsənilməsi və əlavə məlumatların araşdırılması, turizm sənayesində müəyyən mövqeyə sahib insanların təcrübəsinin öyrənilməsinin tələbələrin gələcək karyerasında onlara cığır açacağını vurğuladı. Tələbələrin motivasiya edilməsinə istiqamətlənmiş tədbir iştirakçıların marağına səbəb oldu. Sonda Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev və Turizm biznesi kafedrasının baş müəllimi Aynur Hüseynzadə tələbələrə öz tövsiyyələrini verdilər.