28.02.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 714
Career Advisor Zone

Hörmətli tələbə və məzunlar!

Sizi ATMU-nun Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə baş tutacaq "Career Advisor Zone" adlı yeni layihədə iştiraka dəvət edirik!

Layihə çərçivəsində ilk görüş Four Seasons Hotels and Resorts-un İnsan resursları departamentinin direktoru Ekspert məsləhətçi İdil Tumoz Eratayla reallaşacaq. Təlimdə iştirak etməklə siz uğurlu karyera qurmağın yolları və karyera strategiyaları ilə bağlı dəyərli məsləhətlər və təcrübələr əldə edəcəksiniz.

Tədbirin tarixi: 02.03.2022

Saat: 12:00-13:00

Tədbir məkanı: ATMU əsas tədris binası, kitabxana (otaq 406)