SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.03.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 94
ATMU əməkdaşları təlimdə iştirak ediblər

Azərbaycan və Türkiyə arasında turizm peşə təlimi sahəsində əməkdaşlığın gücləndirilməsi və bu sahədə insan resurslarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Antalya Falez Peşə və Texniki Anadolu Liseyinin əməkdaşlığı çərçivəsində təlim keçirilib.

Tədbirdə Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətində turizm sənayesinin inkişaf perspektivləri, Antalya Falez Peşə və Texniki Anadolu Liseyinin tədris prosesi müzakirə predmeti olub.

Sözügedən təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi”, “Mehmanxana və restoran biznesi” kafedralarının professor-müəllim heyəti, o cümlədən Keyfiyyət təminatı şöbəsinin əməkdaşları iştirak ediblər.

Təlimin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və onlar sertifikatlarla mükafatlandırılıblar.