09.03.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 639
Career Advisor Zone növbəti görüş

Siz də marketinq sahəsində bilik, təcrübə eldə etmək və bu sahədə uğurlu karyera qurmaq istəyirsiniz?

O zaman “Career Advisor Zone" layihəsinin növbəti görüşü sizlər üçündür!

10 ildən çox təcrübəyə malik marketinq mütəxəssisi, Marcom Marketinq və Kommunikasiyalar şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyevin iştirakı ilə baş tutacaq görüşdə mütəxəssis bu sahənin sirləri haqqında məlumat verəcək və karyera planlamanız üçün dəyərli məsləhətlərini sizinlə bölüşəcək.
Qeyd edək ki,  ATMU-nun Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə baş tutan “Career Advisor Zone" layihəsinin əsas məqsədi tələbələri işəgötürənlərlə birbaşa əlaqələndirmək, onların karyera imkanlarını dəstəkləmək və karyera strategiyaları ilə bağlı dəyərli məsləhətlər və təcrübələr verməkdir.

Tədbirin tarixi: 11.03.2022

Saat: 11:30-13:00

Tədbir məkanı: ATMU əsas tədris binası, kitabxana (otaq 406)