SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.03.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 213
ATMU-da xaricdə təhsil ilə bağlı vebinar təşkil olunub

10.03.2022 tarixdə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) adikeçən ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Uppsala Universitetinin “Destinasiyaların dayanıqlı inkişafı” ixtisası üzrə magistrantı Tural Omarovun təqdimatinda “İsveçdə təhsil”adlı vebinar keçirilib.

İsveçdə təhsilalma istiqamətində applikasiya prosesi, təqaüd proqramları,o cümlədən Uppsala Universitetində təhsil imkanları, ixtisaslar və fakültələr barədə magistrant T.Omarovun detallı çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sual-cavab sessiyası ilə yekunlaşan vebinarda Universitetin professor-müəllim və inzibati heyəti, həmçinin tələbələri iştirak ediblər.