
Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin bakalavr pilləsi üzrə təhsil alan II kurs (Menecment ixtisası üzrə) tələbələri və doktorantura səviyyəsində İqtisadiyyat üzrə təhsil alan tələbələr 2022/2023-cü tədris ilinin payız semestrində İspaniya Krallığının Valladolid Universitetində təhsil almaq üçün təqaüd proqramına müraciət edə bilərlər.
Tələb olunan sənədlər :
- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);
- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər);
- İngilis dili sertifikatı (əgər varsa);
- Tövsiyə məktubu (ingilis dilində yazılmalıdır).
Maliyyə imkanları:
- Aylıq tam təqaüd;
- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.
Diqqət: İspaniya üçün təhsil vizası İspaniya Krallığının Türkiyə Respublikasında yerləşən səfirliyindən alınacaqdır (Ankara şəhəri).
Qeydiyyat üçün international@atmu.edu.az e-mail ünvanına yaza bilərsiniz.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 012 564 42 33 (122 daxili nömrə)
Son müraciət tarixi: 05 aprel 2022-ci il (Beynəlxalq əlaqələr şöbəsi)