
Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin bakalavr pilləsində Menecment ixtisası üzrə təhsil alan II və III kurs tələbələri 2022/2023-ci tədris ilinin payız semestrində Polşanın Varşava Həyat Elmləri Universitetində təhsil almaq üçün mübadilə proqramına müraciət edə bilərlər. Tədris həm onlayn olacaq, həm də kampusda keçirilə bilər.
İndiki mərhələdə tələb edilən sənədlər:
- CV (İngilis dilində);
- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər) və İngilis dili tərcüməsi də əlavə olunmalıdır;
- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);
- Tövsiyə məktubu (ingilis dilində yazılmalıdır).
Maliyyə şərtləri:
- Tələbə yaşayış xərclərini (yaşama, səyahət, qidalanma, sığorta, viza) özü qarşılamalıdır.
- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.
Qeyd: Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az e-mail ünvanına göndərməlidir. Uğurlu namizədlər müsahibəyə dəvət ediləcək və müsahibə ingilis dilində aparılacaqdır.
Qeyd: Dərs əvəzlənməsi ediləcəkdir ( Bütün fənlərin əvəzlənməmə ehtimalı mövcuddur).
Son müraciət tarixi: 08 aprel 2022-ci il (Beynəlxalq əlaqələr şöbəsi)
Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.