31.03.2022
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 353
Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil

Əziz I kurs tələbələri,

Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomuna sahib olmaq istəyirsinizsə,sizləri Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil almağa dəvət edirik!

Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) üstünlükləri:

· Ölkəni tərk etmədən ATMU-da təhsil alaraq iki bakalavr diploma sahib olmaq imkanı;

· Tədrisin tam olaraq ingilis dilində təşkili;

· Dərslərin əksəriyyətinin Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, ABŞ, Avstraliya, Türkiyə və digər ölkələrdən gələn əcnəbi müəllimlər tərəfindən tədrisi;

· Beynəlxalq turizm sənayesində iş imkanları;

· Avstriyada bir semestr müddətində tələbə mübadilə proqramında iştirak etmək fürsəti;

· Proqram çərçivəsində Erasmus+ proqramı vasitəsilə tərəfdaş universitetdə təhsil almaq imkanı;

· Məzunlarımızın öz təhsillərini Avropada davam etdirmək imkanı;

· Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı;

Əlavə məlumat üçün e.hajiyeva@atmu.edu.az elektron ünvana müraciət edə bilərsiniz. Tel: +994 12 564 42 33 (122)