Hörmətli tələbə və məzunlar!
AIESEC, Azərbaycan Turizm və Menecment Universitetinə gəlir!
AIESEC Azərbaycan və ATMU-nun əməkdaşlığı çərçivəsində 7 aprel tarixində xaricdə könüllülük və təcrübə proqramlarımız haqqında info sessiyamız baş tutacaq!
İnfo sessiya aprel ayının 7-si saat 11:00-da ATMU-nun I tədris binasında (kitabxana - otaq 406) həyata keçiriləcək!
Qeyd edək ki, info sessiyada hər bir universitet tələbəsi iştirak edə bilər və tədbirimizdə iştirak etmək üçün elə indi qeydiyyatdan keçə bilərsiniz!
QEYD: 3 doza əks olunmuş covid passportu (və ya immunitet setifikatı) təqdim etmək və tibbi maskalardan istifadə mütləqdir!
Ünvan: ATMU (Əsas tədris binası) - Koroğlu Rəhimov küçəsi 822/23, Gənclik metrostansiyasının yaxınlığı
Qeydiyyat hiperkeçidi- https://bit.ly/3iXipMF
Azərbaycanca