SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.04.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 423
ATMU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

02.04.2022 tarixində ATMU-nun akademik, inzibati və tələbə heyəti Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər. Faciə qurbanları haqqında geniş məlumat alan Universitet kollektivi abidə önünə gül dəstələri düzüblər.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqrımı qurbanlarının xatirəsini əbədiləşdrmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqrım Memorial Kompleksi”yaradılmasına dair qərar verilib. Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-dən vaxtaşırı ziyarət olunur.

Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Qeyd etmək lazımdır ki, 1918-ci ilin aprel - may aylarında təkçə Quba qəzasında 167 kənd tamamilə məhv edilib.