SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.04.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 459
ATMU-da tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə beynəlxalq təlimlər keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti və Layihələrin İdarə Edilməsi Assosiasiyası arasıda mövcud olan əməkdaşlıq çərçivəsində (AzPMA) universitetdə Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə beynəlxalq təlimlər baş tutdu. Təlimlər “Azərbaycanın ali təhsil müəssisəsində layihə menecmenti tədris potensialının artırılması və layihələrin idarə olunması üzrə kompetensiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmişdir.

AzPMA-nın vitse-prezidenti Fərid Kazımovun apardığı təlimlərdə seçilmiş bir qrup ATMU tələbəsi iştirak etdi. Təlimdə layihələrin idarə edilməsi və IPMA standartları ilə beynəlxalq sertifikasiya hazırlıq həyata keçirilmişdir. Təlimdə Waterfall, Agile, Scrum və digər metodologiyaların praktik tətbiqi öyrənilmişdir. Tələbələr həmçinin layihələrdə risklərin, kommunikasiyaların, satınalmaların, keyfiyyətin idarə edilməsi üzrə biliklər əldə etmişlər.

Təlimdə bloklardan biri layihə menecmentinin məhsulların yaradılmasında və inkişafında müasir roluna aid olmuşdur. Bu blok çərçivəsində təşkilatların strategiyası və məhsul üzrə viziyon, məhsulların yaradılmasında layihə menecmentinin rolu və s. mövzular praktik öyrənilmişdir.

Təlimin xüsusiyyətlərindən biri də praktik tapşırıqların geniş istifadəsi idi. Praktik keyslərin tətbiqi məşğələ çərçivəsində əldə edilmiş biliklərin dərhal tətbiqi və tələblərə “layihə təfəkkürünün” aşılanması idi.

Təlimlərin sonunda tələbələr International Project Management Association (IPMA) ICB4 standartları ilə Project Management Associate (Level D) beynəlxalq sertifikasiya imtahanında iştirak edərək yüksək nəticə göstərdilər.

Sözügedən layihəyə qoşulmaqla tələblərimiz, həmçinin Gənc layihə mütəxəssisləri üçün nəzərdə tutulmuş IPMA təşkilatının Young Crew beynəlxalq təşəbbüsünə ATMU komandasının aktiv üzvü kimi qoşulmaq şansı əldə etdilər.