08.04.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 678
ATMU-da "Əmək yarmarkası"

ATMU məzunlarının nəzərinə! 

19 Aprel 2022-ci il tarixində Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq şəraitində ATMU məzunları üçün “Əmək yarmarkası” təşkil olunacaq. 

Yarmarkada müxtəlif ixtisaslar üzrə vakansiyalar sizlərə təqdim olunacaq. Əgər siz də yarmarkada iştirak edib, uyğun iş imkanlarından yararlanmaq istəyirsinizsə aşağıdakı hiperkeçid vasitəsilə qeydiyyatdan keçməyinizi sizdən xahiş edirik. 

Qeydiyyat üçün hiperkeçid: https://forms.office.com/r/8mHXemtw4q

Müraciət üçün son tarix:13.04.2022 (saat 12:00)