SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
“VoluntouriZoom Online Hub” layihəsi başa çatıb
10.07.2020
Faina Gachabayova
Bölmə: Xəbərlər
Baxış sayı: 169
“VoluntouriZoom Online Hub” layihəsi başa çatıb

“Turizm Könüllüləri” Təşkilatı və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə start verilən “VoluntouriZoom Online Hub” layihəsi başa çatıb.

Layihə çərçivəsində:
- 12 ekspert tərəfindən 12 fərqli mövzu müzakirə olundu;
- 38 regiondan və 54 təhsil müəssisəsindən, ümumilikdə 200-dən çox iştirakçı qatıldı, yüzlərlə suallar cavablandırıldı;
- Çin, Türkiyə və Avstraliyada yaşayan həmvətənlərimiz də görüşlərə qoşuldular.

Qeyd edək ki, keçirilən sorğunun nəticələrinə görə:
- İştirakçıların 97,5% layihədən razı qaldı
- İştirakçıların 95,1% gələcək layihələrdə iştirak etmək istəyirlər

Hər kəsə təşəkkürlərimizi bildiririk!