13.04.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 690
Career Advisor Zone: “Karyera və planlama”

Hörmətli tələbə və məzunlar! 

Sizləri Career Advisor Zone layihəsinin növbəti görüşünə dəvət edirik! Universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə davam edən Career Advisor Zone layihəsinin növbəti qonağı Dövlət Məşğulluq Agentliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi Karyera filialının Xidmət İnkişafı və İnnovasiyalar şöbəsinin müdiri, beynəlxalq təşkilatlarda 3 illik təcrübəyə malik, beynəlxalq sertifikatlı karyera məsləhətçisi Pərviz Əfəndizadə sizlərlə “Karyera və planlama” mövzusunda dəyərli məsləhətlərini bölüşəcək.   

Tarix: 15 Aprel

Saat: 11:30 

Təlimin baş tutacağı məkan: ATMU-nun əsas tədris binası, otaq 406 (kitabxana) 

Qeydiyyat üçün link:  https://forms.office.com/r/pEJ31Kn77N

Qeyd: Girişdə 3 dozanı əks etdirən Covid pasportunu (və ya immunitet sertifikatı) təqdim etmək və universitet daxilində tibbi maskadan istifadə mütləqdir!