SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.04.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 425
ATMU-da AIESEC Azərbaycanın xaricdə təcrübə proqramları haqqında məlumat sessiyası baş tutdu

ATMU-da 07.04.2022 tarixində universitetimizin tələbə və məzunları üçün “Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə AIESEC Azərbaycanın xaricdə könüllü və ödənişli təcrübə proqramları haqqında məlumat sessiyası baş tutdu. Təşkilatın əsas məqsədi tələbələrin müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edərək, onlarda liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları kimi bir çox sahə üzrə bacarıqları üzə çıxarmaq və inkişaf etdirməkdir. Məlumat sessiyası AIESEC Azərbaycan gənclər təşkilatının Lokal Komitə üzrə Marketinq direktoru Nicat Tahirli, həmin təşkilatın Marketinq menecerləri Nuray Əhmədli və Ümid Huseynli ilə reallaşdı. Tələbələrin böyük maraqla qarşıladığı infosessiyada Nuray xanım, Ümid bəy və Nicat bəy tələbələrə AIESEC Azərbaycan təşkilatı , “Global Volunteer”, “Global Talent” , “Global Teacher” və s. kimi proqramlar haqqında və partnyor ölkələr barədə bağlı maraqlı məlumatları detallı şəkildə onlarla böluşdü. Böyük maraq və aktiv sual-cavab şəklində keçən təlimin sonunda tələbələri maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb və şirkətdə hal-hazırda mövcud olan proqramlar üzrə qeydiyyat proseduru baş tutub. Qeyd etmək lazımdır ki, xaricdə müxtəlif təcrübə proqramları ilə tanınan və dünyanın 110-dan çox ölkəsində fəaliyyət göstərən və 36 mindən çox üzvə sahib olan AIESEC tələbə gənclər təşkilatı artıq 14 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.