SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
18.04.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 526
ATMU-da Elmi şuranın iclası keçirilib

Aprelin 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “Azərbaycan Respublikası Prezidentinin təhsil haqqında fərman və sərəncamlarından irəli gələn vəzifələrin ATMU-da yerinə yetirilməsinin vəziyyəti, ATMU-da təhsil siyasətinin həyata keçirilməsi” haqqında (N. Nəsirli), Turizm və qonaqpərvərlik fakültəsi və Biznes idarəçiliyi fakültəsinin “2021-2022-ci il üçün fəaliyyət planının icrasının gedişi”haqqında (B. Bilalov,V.Nəzərov),Turizm biznesi kafedrasının“2021-2022-ci il üçün hesabatı” (H. Hüseynov) mövzularında məruzələrin daxil edildiyini dedi. 2022-2023-cü tədris ilində təhsil alacaq magistr, ixtisas qruplarının yenilənmiş tədris planlarının, qiyabi qrupda təhsil alacaq ixtisas qrupunun (Turizm işinin təşkili), 2022-2023-cü tədris ili üçün KREMS-də təhsil alacaq ixtisas qrupunun (Turizm işinin təşkili) tədris planlarının, Dərsə davamiyyət və mənimsəmə jurnallarının yenilənmiş formasının təsdiqinin (H. Eldarova), Fakültələr üzrə bakalavr tələbələrinin istehsalat təcrübəsi keçməsi haqqında (S. Məmmədova) və 2022-2023-cü tədris ilindən universitetdə yeni işçi tədris proqramı (sillabus) formasının tətbiqi, 2021/2022-ci tədris ilinin payız semestri ilə əlaqədar "Fənnin qiymətləndirilməsi sorğu"sunun nəticələrinin təqdim olunması haqqında (F.Qaçabəyova) çıxışların cari məsələlər sırasına daxil edildiyini diqqətə çatdırdı.

Elmi şura iclasında ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirlinin,Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalovun, Turizm biznesi fakültəsinin dekanı Vüqar Nəzərovun,Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynovun,Tədris metodiki şöbənin müdiri Həcər Eldarovanın, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın, Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyovanın məruzə və çıxışları rəy və təkliflər nəzərə alınmaqla qənaətbəxş qiymətləndirilib.