
26 noyabr 2021-ci il tarixində İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı və AR Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı – Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinin turizm destinasiyası kimi təbliği ilə bağlı Florensiyada keçirilən LBT festivalında onlayn iştirak etmişdi. Festivala ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri “Şuşa – Dağlardan gələn səsin harmoniyası” (“Shusha – The harmony of sounds coming through the mountains”) adlı təqdimatla qatılmışdılar. Onlayn təqdimat Şuşanın beynəlxalq müstəvidə tərənnümü baxımından Azərbaycan üçün ilk təcrübələrdən biri idi- desək səhv etmərik.
ATMU tələbələrinin hazırladığı məlumatlar Life Beyond Tourism layihəsinin veb-saytında əks olunmuşdur. Layihənin vebsaytında Şuşa haqqında tələbələrimizin hazırladığı məlumatları görə bilərsiniz:
https://www.lifebeyondtourism.org/places/storytelling-shusha-region/
Layihədə ATMU tələbələri Əfruz Fətullazadə, İltifat Əlizadə, Nərmin Zeynallı, Nərgiz Soltalıyeva, Nabat Əlizadə və Dövlət Turizm Agentliyinin əməkdaşı, eyni zamanda universitetin müəllimi Könül Nuriyeva-Kazımova yaxından iştirak ediblər. Adıkeçən festivalda ATMU tələbələrinin Şuşa ilə bağlı hazırladıqları posterlər və digər müxtəlif xarakterli vizual məlumatlar nümayiş olunacaq.