26.04.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 641
Tedqiqat.com platformasının təqdimatı

Hörmətli ATMU heyəti və tələbələri !

Sizləri ATMU-nun I tədris binasında Sosial Tədqiqatlar Mərkəzinin İctimai Rəyin Öyrənilməsi departamentinin baş məsləhətçisi İnqilab Şahbazovun iştirakı ilə tedqiqat.com platformasının təqdimatına dəvət edirik. Tədbir 27 Aprel 2022-ci il saat 12:00-da baş tutacaq.

İnqilab Şahbazov 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi və Kriminologiya üzrə magistratura təhsili almışdır.

2022-2023-cü ildən etibarən Kembric Universitetində Kriminologiya üzrə fəlsəfə magistraturası (doktorantura ilk ili) pilləsinə qəbul olub.

Tədbirin baş tutacağı məkan: ATMU-nun I tədris binası (otaq 406 - kitabxana)