04.05.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 481
Career Advisor Zone: “21 əsrdə baş menecerin rolu, Strategiya və taktika, Vaxt menecmenti və İnsan resursları”

Hörmətli tələbə və məzunlar! 

Sizləri Career Advisor Zone layihəsinin son görüşünə dəvət edirik! Universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə davam edən Career Advisor Zone layihəsinin növbəti qonağı Sapphire Otellər Qrupunun baş icraçı direktoru, otel idarəçiliyi sahəsində 20 illik təcrübəyə malik Elçin Zeynalabdin Mirzə sizlərlə “21 əsrdə baş menecerin rolu, Strategiya və taktika, Vaxt menecmenti və İnsan resursları” mövzularında dəyərli məsləhətlərini bölüşəcək. 

Qeyd: Girişdə 3 dozanı əks etdirən Covid pasportunu (və ya immunitet sertifikatı) təqdim etmək mütləqdir!  

Tarix: 4 may

Saat: 14:30 

Təlimin baş tutacağı məkan: ATMU-nun əsas tədris binası otaq 406 (kitabxana)