SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 143
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Tedqiqat.com” platformasının təqdimatı keçirilib

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin İctimai Rəyin Öyrənilməsi departamentinin baş məsləhətçisi İnqilab Şahbazov təqdimat çərçivəsində platforma və onun yaradılması, metodologiyası, tədqiqat xəritəsi, tədqiqat planı, məlumatı toplama metodları, respondent seçimi və s. kimi məsələlərə aydınlıq gətirib

Sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatını alan İ.Şahbazov ixtisasca sosioloqdur. 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi və Kriminologiya üzrə magistratura pilləsini uğurla başa vurub. Hazırda Kembric Universitetinin Kriminologiya üzrə doktorantıdır.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirə Universitet tələbələri, akademik və inzibati heyət üzvləri qatılıb.