SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 143
ATMU-da “Career Advisor Zone” layihəsi başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün nəzərdə tutulan “Career Advisor Zone” adlı silsilə layihəyə yekun vurulub. Martın ilk ongünlüyündən may ayının əvvəlinə kimi mərhələli fəaliyyət göstərən təlim- layihədə əsas məqsəd tələbələrlə işəgötürənləri birbaşa əlaqələndirmək, karyera imkanlarını dəstəkləmək, karyera strategiyalarına dair faydalı məsləhətlər vermək idi. "Career Advisor Zone" layihəsi çərçivəsində ilk təlim Four Seasons Hotels and Resorts-un İnsan resursları departamentinin direktoru İdil Tumoz Eratay tərəfindən aparılıb. “Uğurlu karyeranın sirləri və strategiyaları” mövzusuna həsr olunan təlim prosesində İdil Tumoz Eratay vəzifə pramidasına yüksəliş amilini şəxsi fəaliyyət sferası əsasında təlqin edib.

Marcom Marketinq və kommunikasiyalar şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev isə marketinq sahəsinin mühüm məqamlarından və strategiyalarından bəhs edib. Fireworks şirkətinin təsisçisi və direktoru Laura Həmidova və həmin şirkətin İnsan resursları üzrə mütəxəssisi Minə Şxəlili tələbələrə uğurlu karyeranı qurmağın sirləri, müsahibə zamanı davranış qaydaları və müsahibə növləri, CV yazılması və s. haqqında dəyərli məsləhətlər veriblər. Sual-cavab şəklində keçən təlimin sonunda aktiv təcrübə proqramlarına dair məlumat paylaşılıb. Dövlət Məşğulluq Agentliyinin nəznində fəaliyyət göstərən Mərkəzi Karyera filialının Xidmət İnkişafı və İnnovasiyalar şöbəsinin müdiri Pərviz Əfəndizadə tələbələr qarşısında “Karyera və planlama” mövzusunda çıxış edib. Uğurlu karyera qurmağın müsbət və mənfi tərəfləri, müsahibə mərhələsində davranış qaydaları, karyera qurmaqda məqsəd aydınlığı, dəyər və vərdişlərin formalaşması və s. məsələlərə münasibət bildirdi. Vəzifə pillərində yüksəlmənin nümunəsi kimi şəxsi timsalında konkret misallara istinad edildi.

"Career Advisor Zone" layihəsi çərçivəsində son görüş Sapphire Otellər Qrupunun baş icraçı direktoru, otel idarəçiliyi sahəsində 20 illik təcrübəyə malik Elçin Zeynalabdin Mirzə ilə keçirilib. “21 əsrdə baş menecerin rolu”, Strategiya və taktika”, “Vaxt menecmenti və İnsan resursları” mövzusunda çıxış edən Elçin Zeynalabdin Mirzə otel sektoru daxilində SWOT analiz və pandemiya dövrü zamanı yaranan çətinliklərin arada qaldırılması yolları, uğurlu baş menecer olmağın sirləri, otel sektorunda vacib məsələlər, əsas nüanslar və s. haqqında dəyərli məsləhətləri tələbələr tərəfindən maraqla qarşılanıb. İki ayı əhatələyən silsilə təlimlərin sonunda tələbələrin çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.