SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 40
ATMU-da Sapphire Hotel-in baş icraçı direktoru ilə görüş olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Sapphire Otellər Qrupunun baş icraçı direktoru Elçin Zeynalabdin Mirzə ilə görüş keçirilib.

Görüşdə Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova iştirak ediblər. Söhbət əsnasında ali təhsil müəssisəsi olaraq ATMU-da beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbə kontingentində öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə bərabər, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu bildirilib. Görüşün sonunda ATMU və Sapphire Hotellər Qrupu arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün praktiki dərslər və təlimlərin təşkili və s. istiqamətlər üzrə razılıq əldə olunub.