Təlim: brendinq, loqo və brendbukun hazırlanması
06.07.2020
Faina Gachabayova
Bölmə: Elanlar
Baxış sayı: 268
Təlim: brendinq, loqo və brendbukun hazırlanması

Əziz tələbə və məzunlar,

#evdəqalaq #dəstəkolaq şüarı altında Karyera və Kommunikasiya şöbəsi daha bir layihəyə start verir. Layihədə tələbələrin müraciəti əsasında bir sıra dizayn yönümlü görüş və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Layihənin ilk qonağı bu sahədə 4 ildən çox təcrübəsi olan Elçin Mahmudzadə 10-13 iyul tarixlərində saat 15:00-17:00 aralığında 3 günlük təlim keçəcəkdir. Təlim brendinq, loqo və brendbukun hazırlanması ilə bağlı vacib bilik və bacarıqları əhatə edəcək.

Keyfiyyətli onlayn təlimin keçirilməsi üçün təlimə yalnız 15 nəfər seçiləcək. Yerlərin məhdud olmasını nəzərə alaraq, 7 iyul günün sonunadək müraciətlərinizi aşağıdakı link vasitəsilə qəbul edəcəyik.

Qeydiyyat: https://cutt.ly/1oH6Ug5
Qeyd: Onlayn təlim üçün link qeydiyyatdan keçənlərə göndəriləcək.