SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.05.2022
BƏŞ
Bölmə: Xəbərlər
Baxış sayı: 229
ATMU-nun Beynəlxalq Əlaqələr əməkdaşı Qriqol Robakidze Universitetində

ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İncə Əliyeva Gürcüstanın Qriqol Robakidze Universitetində (GRUNİ) 06 may 2022-ci il tarixində qonaq oldu.

Görüş zamanı hər iki universitet arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi məsələləri müzakirə edildi. Ortaq akademik proqramlar, nəşrlərin həyata keçirilməsi, araşdırmaların aparılması, mübadilə proqramları əsas danışma mövzusu olmuşdur.

Həmçinin Gürcüstanın turizm təcrübəsinin paylaşılması və öyrənilməsi üçün hansı istiqamətlərdə əməkdaşlıqların həyata keçirilməsi müzakirə edildi.

Görüşdə GRUNİ universitetinin rector məsləhətçisi Anna Abesadze, Maka Firanashvili GRUNİ-də Turizm proqramının director müavini, və Maia Meladze, Turizm proramının baş mühazirəçisi iştirak etmişdir.

Hər iki tərəf Anlaşma memorandumunun imzalanmasına razılaşdılar.