SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 105
İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Bianco Fondununun icraçı direktoru Simone Giometti ATMU-da

Azərbaycan Turizm və Menecment Universitetində İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Bianco Fondununun icraçı direktoru Simone Giometti ilə görüş keçirilib. ATMU nümayəndələri məhz faydalı əməkdaşlıq sayəsində Romualdo Del Bianco Fondu tərəfindən müxtəlif vaxtlarda təşkil edilən beynəlxalq tədbirlərə iştirakçı dəvəti alıblar. Eyni zamanda adıkeçən fondun məsul nümayəndələri də ölkəmizdə təşkil edilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərin iştirakçısı olublar.

ATMU-nun rektoru İlham Mədətov Universitet və Fond arasında 2015-ci ildən başlanan əməkdaşlıq əlaqələrinin səmərəli olduğunu bildirib. İtaliya və Azərbaycan Respublikası arasında möhkəmlənən çoxşaxəli əlaqələrdən bəhs edib. Görüş əsnasında Fondun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirlərdə ATMU–nun iştirakı məsələsi diqqətdə saxlanılıb. Qeyd edək ki, 26 noyabr 2021-ci il tarixində İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı və AR Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı – Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinin turizm destinasiyası kimi təbliği ilə bağlı Florensiyada keçirilən LBT festivalında onlayn iştirak etmişdi. Festivala ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri “Şuşa – Dağlardan gələn səsin harmoniyası” (“Shusha – The harmony of sounds coming through the mountains”) adlı təqdimatla qatılmışdılar. Onlayn təqdimat Şuşanın beynəlxalq müstəvidə tərənnümü baxımından Azərbaycan üçün ilk təcrübələrdən biri kimi dəyərləndirilir.