16-20 may, 2022 tarixlərində İspaniyada Valladolid Universitetinin təşkil etdiyi Beynəlxalq Heyət Həftəsində ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İncə Əliyeva iştirak etmişdir. Beynəlxalq Heyət Həftəsinə 18 ölkədən 22 universitetin əməkdaşları qatılmışdır. Heyət həftəsi zamanı Universitetlərin rəqəmsallaşdırılması, universitetlərin akademik göstəricilərinin yaxşılaşdırılması, beynəlmiləlləşmə siyasəti, təhsil birlikləri, mədəniyyətlərarası dialoq əsas müzakirə mövzuları olmuşdur. İştirakçılar tədbir zamanı mövcud çətinliklər və şanslar, təhsildə olan innovasiyalar haqqında danışıqlar aparmışlar.
Beş günlük Beynəlxalq Heyət həftəsində günlük təlimlər, sahə səfərləri və mədəni tədbirlər həyata keçirilmişdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.